AZ

Polşa uşaqlar üçün sosial medianı qadağan etməyi planlaşdırır

Fevralın 27-də Polşa sosial media platformalarının xidmətləri uşaqlar üçün əlçatan qalacağı təqdirdə onlara cərimə tətbiq edəcək qanun layihəsi təqdim edəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın təhsil naziri Barbara Novaçka Bloomberg agentliyinə verdiyi müsahibədə bildirib ki , Polşa 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyi planlaşdırır ."Uşaqların və gənclərin zehni sağlamlığının pisləşdiyini, onların intellektual qabiliyyətlərinin azaldığını görürük", - deyə o qeyd edib.

Novatskayanın sözlərinə görə, 27 fevralda Polşada sosial şəbəkələrin xidmətləri uşaqlar üçün əlçatan qaldığı təqdirdə onlara cərimə tətbiq edəcək və istifadəçilərinin yaşını yoxlamaq məsuliyyətini daşıyacaq qanun layihəsi təqdim olunacaq. Cərimələrin məbləği hələ də müzakirə olunur.

O, əlavə etdi ki, qanun layihəsinə geosiyasi baxımdan baxmır.

Novatskaya qeyd edib ki, "Düzünü desəm, müəyyən bir platformanın kimin sahibi olması tamamilə ikinci dərəcəli əhəmiyyət kəsb edir".

O, qanunvericilik səviyyəsində sosial şəbəkələrin uşaqlar üçün qadağan edilməsi niyyətini platformaların "öz qaydalarına uyğun gəlməməsi" və istifadəçilərin yaşını təsdiqləməməsi ilə izah etdi.

Nazir yekun olaraq bildirib ki, "Biz qabaqlayıcı tədbirlər görməliyik... Düşünürəm ki, uşaqlarımızın qorunması hər bir ölkənin maraqlarına uyğundur".

Qadağanı nəzərdən keçirərkən Varşava, tənzimləyicilərin zərərli və asılılıq yaradan adlandırdığı xidmətlərə milyonlarla gənc istifadəçinin çıxışını məhdudlaşdırmaqla hədələyən Almaniya, Danimarka, Fransa, İspaniya və Böyük Britaniya da daxil olmaqla digər Avropa hökumətlərinə qoşulur.

Xatırladaq ki, Avstraliya dünyada sosial mediadan istifadə üçün minimum yaş həddini qanuniləşdirən ilk ölkə olub : ötən ilin 9 dekabrından bəri Instagram, TikTok və YouTube kimi platformalar 1 milyondan çox hesabı bloklayıb.

Danimarkada 15 yaşdan kiçik uşaqların sosial mediaya daxil olması qadağandır.

Həmçinin bildirilib ki, Almaniyanın hakim partiyası 14 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinin qadağan edilməsi və yeniyetmələr üçün daha sərt rəqəmsal yoxlamanın tətbiqi təklifini dəstəkləyib.

Bundan əlavə, Yunanıstan, İspaniya , Fransa və Çexiyada uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq .

Müəllif: Günel Fərzəliyeva
Seçilən
16
sia.az

1Mənbələr