AZ

Zelenski: “Rusiya qalib gəlmir, Ukrayna isə uduzmur”

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Böyük Btitaniyanın “Sky News” telekanalına müsahibəsində belə deyib.

Ukraynanın müharibədə qalib gələ biləcəyi ilə bağlı sualın cavabında Zelenski bildirib ki, indiki mərhələdə bu, bu çoxlu sayda insan itkisi demək olardı.

“Hər şey insanların “qələbə” dedikdə nəyi nəzərdə tutmasından asılıdır. Ərazilərdən danışmaq çox çətindir. Birincisi, bu gün bütün torpaqları geri almaq çox çətindir və bu, çox böyük insan itkisinə səbəb olardı. Amma məsələnin yaxşı tərəfi odur ki, Rusiya da bunu döyüş meydanında edə bilməz. Buna görə də onlar qalib gəlmir, biz isə uduzmuruq”,- Ukrayna prezidenti vurğulayıb.

Aparıcı ABŞ rəsmilərinin tez-tez sülh naminə Ukrayna ərazisinin güzəştə getməsinin vacibliyindən danışdıqlarını xatırladaraq, əgər müharibəni dayandırmaq prioritetdirsə və bu ərazilərdən imtina əsas şərtdirsə, niyə Kiyevin Slavyansk və Kramatorskdan“sadəcə imtina etməməsi”ilə maraqlanıb.

Zelenski bildirib ki, bu, Ukrayna ərazisidir və Ukraynanın öz torpaqlarından imtina etməsindən danışmaq qəribə səslənir. Onun sözlərinə görə, bu şəhərlərdən çəkilmək Ukraynanın öz vətəndaşlarını işğal altında qoyması demək olardı.

- Əgər biz bu ərazidən, məsələn, sizin dediyiniz kimi, Kramatorsk və Slavyanskdan çıxsaq, hazırda orada olan 200 min insan dərhal işğal altında qalacaq. Ruslara kim deyib ki, bu insanlar Rusiya vətəndaşı olmağa hazırdırlar? Əks təqdirdə, onlar öldürüləcək, cəbhəyə göndəriləcək və ya həbs olunacaqlar. Onlar artıq Luqanskda, Donetskdə və Krımda da eyni şeyi ediblər”, - Ukrayna lideri vurğulayıb.

Zelenski onu da diqqətə çatdırıb ki, Donbasın təslim edilməsi məsələsi təkcə qırmızı xətt deyil, həm də müdafiə xəttidir.

Xatırladaq ki, Rusiya döyüşlərin dayandırılması üçün bütün Donetsk bölgəsinin boşaldılmasındaisrar edir.

Son sorğuların nəticələrinə görə, ukraynalıların yarıdan çoxu (52%) təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyaya verilməsinə qarşıdır. Lakin respondentlərin 40%-i belə bir kompromisi qəbul etməyə hazırdır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
10
1
azvision.az

2Mənbələr