AZ

Pakistan və Əfqanıstan niyə müharibə edir?

Cənubi Asiyanın iki qonşusu sərt dağlarla əhatə olunmuş sərhəd xəttində bir daha silahlarını bir-birinə tuşladı.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstana müharibə elan edib.

Cümə axşamı gecəsi Taliban qüvvələrinin 2 600 kilometrlik mübahisəli sərhəd boyunca Pakistan mövqelərinə hücum etməsi ilə başladı. Kabil idarəsi hesab edir ki, bu addım Pakistanın həftə sonu Əfqanıstan torpaqlarında “militan düşərgələri” olduğunu iddia etdiyi nöqtələrə etdiyi hava hücumlarına cavabdır və ən azı 18 nəfərin ölümünə səbəb olub.

İslamabadın cavabı gecikmədi. Bu səhər erkən saatlarda başlanan “Gazab Lil Hak” (Haqlı Qəzəb) adlı əməliyyat çərçivəsində Pakistan döyüş təyyarələri yalnız sərhəd xəttini deyil, həm də paytaxt Kabil, cənğub-şərqdəkı Paktia vilayəti və Talibanın doğulduğu yer kimi tanınan Kandaharı hədəfə aldı. Kandahar, Taliban lideri Hibatullah Akhundzadaın yaşadığı yer olaraq bilinir.

Müəllif: Günay Hacıyeva
Seçilən
9
sia.az

1Mənbələr