AZ

Duşan Vlahoviçdən sürpriz qərar: Hədəfi “Barselona”dır

“Yuventus” futbol klubunun hücumçusu Duşan Vlahoviç karyerasını “Barselona”da davam etdirməyə üstünlük verir. Serbiya millisinin üzvü Turin klubu ilə müqavilə yeniləmək barədə danışıqları dayandırıb və yayda azad agent olmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, 26 yaşlı forvardın klubla münasibətləri yaxşı qalsa da, tərəflər yeni sözləşmə barədə ortaq məxrəcə gələ bilmirlər.

Bu vəziyyət bir çox klubu hərəkətə keçirib. Vlahoviçə “Barselona” ilə yanaşı, “Çelsi”, “Tottenhem”, “Milan”, “Bayern”, “Atletiko” və “İnter” də maraq göstərir. Lakin oyunçunun özünün əsas hədəfi Kataloniya təmsilçisidir.

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr