AZ

Cessi Linqardın yeni klubu bilindi - SON DURUM

"Mançester Yunayted"in keçmiş ulduzu Cessi Linqardın yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Braziliyanın "Korintians" klubu onunla müqavilə imzaladığını elan etməyə hazırlaşır. 

Məlumatı ESPN yayıb. Xəbərə görə, 33 yaşlı ingilis yarımmüdafiəçi ilə 2026-cı ilin dekabr ayına qədər müqavilə imzalanacaq və əlavə bir mövsüm də uzatmaq hüququ olacaq.

Linqardın son klubu Cənubi Koreya təmsilçisi "Seul" olub. Müqaviləsinin müddəti yanvar ayında başa çatan futbolçu hazırda azad agentdir. O, Asiya təmsilçisində 67 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Linqard vaxtının çox hissəsini "Mançester Yunayted"də çıxış edib və "qırmızı şeytanlar"ın heyətində 14 il ərzində 232 oyun keçirib, 35 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr