AZ

Peskovdan kritik AÇIQLAMA – Putin təcili onunla GÖRÜŞƏCƏK

Pakistan və Əfqanıstan arasında birbaşa döyüş toqquşmaları yaxşı heç nə vəd etmir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva Əfqanıstan-Pakistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir və döyüşlərin ən qısa zamanda dayandırılacağına ümid edir.

Peskov bildirib ki, Vladimir Putin ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında təmaslar hazırlanır, danışıqların dəqiq vaxtı isə daha sonra açıqlanacaq.

Kreml nümayəndəsi əlavə edib ki, Rusiya-ABŞ iqtisadi əməkdaşlıq qrupu çərçivəsində Kirill Dmitriyev fəaliyyətini davam etdirir və xarici tərəfdaşlarla keçirilən bütün təmaslardan sonra Vladimir Putin dərhal məlumatlandırılır.

Peskov həmçinin qeyd edib ki, Kiyevin danışıqlar mövqeyində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. O, “Şarl de Qoll” aviadaşıyıcısının yaxınlığında aşkar edildiyi iddia olunan pilotsuz uçuş aparatının Rusiya ilə əlaqələndirilməsini absurd adlandırıb.

Bundan başqa, Kreml sözçüsü Avropa ölkələrinin dondurulmuş Rusiya aktivlərinin müsadirəsini legitimləşdirməyə yönəlmiş cəhdlərinin davam edəcəyini bildirib. Onun sözlərinə görə, bəzi Avropa dövlətləri belə qərarların qaçılmaz mənfi nəticələrini anlayır.

Peskov vurğulayıb ki, Rusiya xüsusi xidmət orqanları Kiyevin Qara dənizdə qaz kəmərlərinə qarşı təxribat hazırladığına dair məlumatlara malikdir və Moskva bu informasiyanı dəfələrlə Ankaraya ötürüb.

Musavat.com

Seçilən
23
editor.az

1Mənbələr