AZ

Ulduz futbolçu ilə sevgilisinin Dubay macərasından

"Çelsi"nin ulduzu Koul Palmerin sevgilisi, model və təsir gücünə malik Oliviya Holder yenidən izləyicilərinin diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, o, "Instagram"da cəsarətli qara geyimdə bir sıra hekayələr paylaşıb. Açıq-saçıq görünüş onun 18 mindən çox izləyicisi arasında böyük reaksiyaya səbəb olub.

Bundan əvvəlki gün isə cütlük Dubayda birlikdə istirahət edib. İngiltərə millisinin üzvü sevgilisi üçün birinci sinif biletlə uçuş və prestijli restoranda nahar təşkil edib.

Səyahətdən birgə fotolar təxminən 15 min bəyənmə toplayıb. "Çelsi" azarkeşləri paylaşımı fəal şəkildə şərh edərək cütlüyü və xanımın gözəlliyini tərifləyiblər.

Publika.az

Seçilən
11
publika.az

1Mənbələr