AZ

Çində nadir hadisə: 24 yaşlı qadın beşəm dünyaya gətirib

Çində 24 yaşlı qadın beşəm dünyaya gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Çinin Sincan-Uyğur Muxtar Rayonundan olan 24 yaşlı qadın Uhan şəhərindəki “Çjunnan” xəstəxanasında beşəm dünyaya gətirib. Körpələrdən biri oğlan, dördü isə qızdır. Mütəxəssislər bildirir ki, beşəm körpələrin təbii yolla mayalanma ehtimalı olduqca nadirdir və hər 60 milyon halda cəmi bir dəfə baş verir.

Beşəmlər hamiləliyin 28-ci həftəsində doğulublar. İlk olaraq dünyaya gələn oğlanın çəkisi 990 qram olub. Onun ardınca doğulan kiçik bacılarının çəkisi isə müvafiq olaraq 1 020 qram, 970 qram, 1 030 qram və 870 qram təşkil edib.

Körpələrin vəziyyəti doğuşun ilk dəqiqələrində Apgar şkalası üzrə 10 baldan 6 bal (qənaətbəxş) ilə qiymətləndirilib. Hazırda beşəmlər xəstəxananın neonatal bölməsində həkim nəzarəti altındadırlar və onların həyati göstəriciləri sabitdir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
1
interpress.az

2Mənbələr