AZ

Vahid Qədimdən xəbər var: “Dedi ki...”

“Vahid Qədimin ən yaxın dostu ilə danışdım. Dedi ki, özü ilə dünən axşam əlaqə saxlayıb. Hər şey yaxşıdır”.

Bunu “Yeni Sabah”a meyxanaçı Ağamirzə Məmmədov deyib.

O bildirib ki, Rusiyada yaşayan həmkarının vəziyyəti yaxşıdır:

“Vahidin özü ilə hazırda danışa bilmirik. Olduğu yerdə şəbəkə tutmadığı üçün əlaqə yaratmaq çətindir. Əsas odur ki, yaxşıdır. Hər şey qaydasındadır. Narahatlığa əsas yoxdur”.

Qeyd edək ki, tanınmış meyxanaçı Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşdüyü iddia olunub. Onun ölməsi və ya Ukrayna tərəfinə əsir düşməsi barədə məlumatlar təsdiqini tapmayıb. Meyxanaçının hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində deyil, hərbi hissənin qərərgahında olduğu bildirilir.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr