AZ

Osimhenin qeyri-mümkün xəyalı: “Yuventus” transferi niyə çətinləşib?

“Qalatasaray” futbol klubunda icarə əsasında çıxış edən Viktor Osimhen “Yuventus”a transfer olunmaq arzusundadır. Lakin nigeriyalı hücumçunun bu istəyinin reallaşması maliyyə şərtləri baxımından demək olar ki, qeyri-mümkündür.

İdman.Biz xəbər verir ki, Osimhenin hazırkı müqaviləsində xüsusi bənd yer alıb. Əgər o, “Napoli”dən hər hansı bir A Seriyası klubuna birbaşa transfer olunarsa, “Qalatasaray”a 70 milyon avro (140 milyon AZN) məbləğində təzminat ödənilməlidir. Bu rəqəm növbəti il 50 milyon avroya (100 milyon AZN) düşsə də, hazırda “Yuventus” üçün bu keçid iqtisadi baxımdan əlçatmaz hesab edilir.

İdman.Biz
Seçilən
14
idman.biz

1Mənbələr