İsrailin bütün ərazisində fəaliyyət göstərən xəstəxanalar İranla mümkün müharibə ehtimalına qarşı yeni tədbirlər planı hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Ynet nəşri Səhiyyə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, son günlər Nazirlik tərəfindən xəstəxanalara göndərilən sənədlərdə ötən ilin iyun ayında İranla baş vermiş 12 günlük müharibə zamanı səhiyyə sisteminin üzləşdiyi çətinliklər təhlil olunub və gələcəkdə ehtimal edilən hərbi kampaniya üçün tövsiyələr yer alıb.
Sənədlərdə pasiyentlərin məxfiliyinin qorunmasına, tibb işçilərinə psixoloji və peşəkar dəstəyin gücləndirilməsinə, həmçinin fövqəladə vəziyyətlərdə risklərin azaldılmasına xüsusi diqqət yetirildiyi bildirilir.
Qeyd olunur ki, hazırlanan tədbirlər planı səhiyyə müəssisələrinin mümkün genişmiqyaslı eskalasiya şəraitində daha dayanıqlı və effektiv fəaliyyət göstərməsini təmin etməyə yönəlib.
Müşviq Tofiqoğlu
KONKRET.az