AZ

Azərbaycanda bu il "Elektron iştirakçılıq" portalı istismara veriləcək

Bu ilin sonuna kimi Azərbaycanda "Elektron iştirakçılıq" portalının istismara verilməsi planlaşdırılır.

Ölkə.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, hesabat dövründə Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üzrə tədbirlər planının icrasına başlanılması da nəzərdə tutulur.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Seçilən
3
2
olke.az

3Mənbələr