AZ

Müharibə 4 iyulda bitəcək? – Zelenskidən CAVAB

Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsini 4 iyul tarixinədək başa çatdırmaq istədiyi ilə bağlı yayılan məlumatlardan xəbərsiz olduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, bu barədə fevralın 24-də müharibənin dördüncü ildönümü münasibətilə Kiyevdə təşkil olunan mətbuat konfransında danışıb. Zelenski vurğulayıb ki, Ukrayna rəsmi Vaşinqtonun müharibənin mümkün qədər tez bitirilməsi təşəbbüsünü hər zaman dəstəkləyir. Lakin 4 iyul tarixi ilə bağlı deyilənlər onun üçün yeni məlumatdır və belə bir hədəf yalnız ABŞ rəhbərliyi tərəfindən rəsmi şəkildə səsləndirilərsə müzakirə oluna bilər.

Prezident qeyd edib ki, Ukrayna və Rusiya ilə keçirilən üçtərəfli danışıqlarda ABŞ nümayəndələri müharibənin tezliklə yekunlaşmasını istədiklərini bəyan ediblər, amma konkret tarix açıqlanmayıb.

Zelenski əlavə edib ki, Kiyev müharibənin qısa zamanda başa çatmasında maraqlıdır, lakin bu, ölkənin ərazi bütövlüyü hesabına olmamalıdır.

Asya
Milli.Az 
Seçilən
14
21
milli.az

10Mənbələr