AZ

Son 3 ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 2 dəfə artıb

BAKI, 27 fevral. TELEQRAF

Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün" fəaliyyət planında bildirilir.
Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 20 dəfədən çox artaraq təxminən 4.8 milyona çatıb. Nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.

Son 3 ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 2 dəfə, son 6 il ərzində isə 10 dəfə artıb. 2026-cı ilin yanvarına olan məlumata əsasən, bu göstərici 90 Mbit/saniyəyə çatıb. Bununla da ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr