AZ

Nadir İmanov “Britiş Petrolium”da vitse-prezident təyin olunub

Nadir İmanov “Britiş Petrolium-Azərbaycan” şirkətinin vitse-prezidenti təyin olunub.

Azpost.info bildirir ki, bu barədə BP şirkətinin açıqlamasında deyilir.

“Nadir İmanov 1 aprel 2026-cı il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezident vəzifəsinə təyin olunur”.

O bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.

bp-də 21 ildən artıq fəaliyyət göstərən Nadir İmanov şirkətin müxtəlif regionlarında maliyyə və kommersiya istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışaraq geniş beynəlxalq təcrübə qazanıb. Onun peşəkar yolu Azərbaycanla başlayıb, daha sonra Türkiyə, Misir və Oman kimi ölkələri əhatə edib.

Hazırda N. İmanov bp-nin Yaxın Şərq və Şimali Afrika regionu üzrə maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra edir. Bu posta 2023-cü ilin dekabrında təyin olunub və fəaliyyətini Maskatda davam etdirir. Eyni zamanda, 2019-cu ildən etibarən Şimali Afrika regionu üzrə kommersiya direktoru kimi də çalışır.

2021–2024-cü illərdə bp Şimali Afrika üzrə maliyyə vitse-prezidenti olub. Daha əvvəl isə Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən region üzrə Planlaşdırma və Kommersiya Meneceri (2017–2019), bp Türkiyə üzrə Biznes Meneceri (2015–2017), Azərbaycanda Planlaşdırma və Performans Meneceri (2011–2015), Regional Prezidentin Aparat rəhbəri (2009–2011), Maliyyə Meneceri (2007–2009) və Xərc Meneceri (2005–2007) vəzifələrini icra edib.

Nadir İmanovun akademik təhsili də beynəlxalq səviyyədə formalaşıb. O, 2016-cı ildə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan University of Warwick-in Warwick Business School-da Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) dərəcəsi alıb.

Ali təhsilini isə 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə bakalavr pilləsində tamamlayıb.

AzPost.az

Seçilən
6
1
azpost.info

2Mənbələr