AZ

Rəşid Babazadə: “Xalçaya inamla çıxmışdım”

Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

“İki sahil” xəbər verir ki, millimiz reytinq xarakterli turnirdə 1 gümüş və 3 bürünc medal qazanıb. Yarışda gümüş medal əldə edən Rəşid Babazadə çıxışını belə şərh edib: “Reytinq turnirində ilk dəfə iştirak edirdim. Böyüklər arasında elə də təcrübəm yoxdur. Amma buna baxmayaraq bu yarışa inamla gəlmişdim. Yarış çox güclü şəkildə keçdi. Dünyanın ən güclü güləşçiləri bu turnirdə iştirak edirdi. Qrupumda yer almış, Azərbaycan əsilli, amerikalı Vitali Orucovla yarımfinalda qarşı-qarşıya gəldik. 18:15 hesabıyla qalib gəldim. Sona bir neçə saniyə qalmış fəndi icra etdim. Finaldakı rəqibim çox güclü idmançı idi. Buna baxmayaraq xalçaya inamla çıxmışdım. Amma müəyyən səbəblərə görə güləşimi göstərə bilmədim. Həm qabırğamın zədəli olması, həm də kifayət qədər təcrübəmin olmamasına görə görüşdə istədiyim nəticəyə nail ola bilmədim. İnşallah, bu səhvlər üzərində çalışmalıyam ki, qarşıdan gələn Avropa çempionatına tam hazırlıqlı vəziyyətdə olum”.

Seçilən
10
3
ikisahil.az

4Mənbələr