AZ

Reuters: “Epşteynə görə Britaniyada aləm qarışıb”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsinin açıqlamasına istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Böyük Britaniyanın Müdafiə Nazirliyi mərhum amerikalı maliyyəçinin ölkənin hərbi bazalarına şəxsi təyyarəsi ilə eniş etdiyini göstərən sənədlərin ortaya çıxmasından sonra bu qərarı verib”,- xəbərdə deyilir.

Ölkə polisi artıq Epşteynin Londonun iki hava limanında şəxsi uçuşlar vasitəsilə qadın alveri edib-etmədiyini qiymətləndirir. Bu, maliyyəçinin Böyük Britaniya ilə əlaqələrini araşdırmaq üçün ölkə miqyasında koordinasiyalı səylərin bir hissəsidir.

Qalmaqallar Kir Starmeri təqib edir
Sənədlər Epsteynin şəxsi təyyarəsinin Kral Hava Qüvvələrinin Northoltdakı bazasına enmiş ola biləcəyinə şahidlik edir. Buna görə də, Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, nazir Con Hili uçuşların yoxlanılmasını əmr edib.

- Müdafiə naziri, Epşteynin cinayətləri ilə bağlı hər hansı bir məlumatın aşkarlanmasını və müvafiq orqanlara təqdimatını təmin etmək üçün Epşteynin Hərbi Hava Qüvvələri bazalarına enişi barədə uçuşları ilə bağlı nazirlikdə ola biləcək bütün qeydlərin nəzərdən keçirilməsini tapşırıb”,- məmur deyib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı açıqladığı sənədlər Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelsonun ona ölkə hökuməti daxilində həssas iqtisadi müzakirələrin təfərrüatlarını göndərdiyini ortaya çıxarıb.

Keçmiş səfir həbs olunsa da, daha sonra onun azadlığa buraxıldığı elan edildi. Bundan əvəvl isəBritaniya polisi fevral ayında Baş nazir Kir Starmer hökumətinin keçmiş səfirlə Epşteyn arasındakı yazışmaları təhvil verməsindən sonra Mandelson haqqında cinayət işi açıb.

Starmer özü Mandelsonu ABŞ-a səfir təyin etdiyinə görə üzr istəsə də, qalmaqal səbəbindən onun baş nazirliyi təhlükə altına düşüb. Bununla belə, o,sonradan istefası ilə bağlı şayiələri təkzib edib.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
9
azvision.az

1Mənbələr