AZ

Fuad Nağıyev: Ötən il turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib

Bakı, 27 fevral, AZƏRTAC

Son illərdə turizm sektoru Azərbaycanın iqtisadi inkişafında prioritet istiqamətlərdən biridir. Bu məqsədlə geniş tədbirlər həyata keçirilir. Azərbaycana səyahətin asanlaşdırılması üçün bir sıra dövlətlərə münasibətdə viza rejiminin ləğvi, uçuş coğrafiyasının genişləndirilməsi, ölkənin təbliğatı istiqamətində genişmiqyaslı işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O qeyd edib ki, son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistik məlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Belə ki, 2021-2025-ci illər üzrə postpandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24,5 faiz artaraq 3,6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23,2 faiz çoxdur.

İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6,9 milyard manat olub. Nəticədə, ötən il turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib.

Seçilən
10
azertag.az

1Mənbələr