AZ

Fidan bir neçə həmkarı ilə telefon danışığı aparıb: Mövzu…

Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefonla danışaraq Pakistan və Əfqanıstan arasında baş verən son hadisələri müzakirə edib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar, Əfqanıstan rəhbərliyinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Müttəqi, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışıqları aparıb.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüşlərdə Pakistan və Əfqanıstan arasında yaşanan son hadisələr müzakirə olunub.

Seçilən
15
cebheinfo.az

1Mənbələr