AZ

Paytaxtın bir neçə küçəsində yeni svetoforlar quraşdırılıb

Piyadaların hərəkətinə çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb.

XQ xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yeni svetoforlar quraşdırılıb. 

Aparılan təhlillər göstərib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkirdilər. Bu amil nəzərə alınaraq, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada svetoforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat svetoforları (L və A tipli) quraşdırılaraq istifadəyə verilib. Yeni svetoforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda zəruri ərazilərdə yeni svetoforların quraşdırılması işləri davam etdirilir.

Seçilən
9
2
xalqqazeti.az

6Mənbələr