AZ

Turizmin inkişafına dair Dövlət Proqramı hazırlanıb – Sədr

Bakı. Trend:

Turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritetistiqamətləri müəyyən edilib.

Trend xəbərverir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev MilliMəclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizminmövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilənictimai dinləmədə deyib.

Sədr bildirib ki, bura hədəf bazarlar üçün vizasız rejimintətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımındanrəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişafFondunun yaradılması, əlverişli fiskal və investisiya mühitininformalaşdırılması daxildir. Eləcə də Turizm İnvestisiya TəşviqiSənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsiredən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma vəmədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsasmaneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdətutulur:

“Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizmsahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdənölçüləbilən artımı təmin edəcək. Eləcə də turizm xidmətlərininixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şəraityaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabətqabiliyyətini gücləndirəcək”.

F.Nağıyev vurğulayıb ki, Dövlət Turizm Agentliyi tərəfindən buprioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təminetmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdəturizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. Hazırdaproqram qurumlar arasında müzakirə mərhələsindədir:

“Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması,ölkənin qastonomiy, sağlamlıq, qış və eko turizm istiqaməti kimitanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıqsubyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat vəuçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksinitapıb.

Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrininəlçatanlığının artırılması, turizm sahəsinə aid təhsilproqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimiinkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Hədəfturizm bazarlarında təbliğatın, sosial media kampaniyalarınıngenişləndirilməsi də prioritetlərdən biridir”.

Seçilən
1
az.trend.az

1Mənbələr