AZ

ABŞ elan etdi: Bu qardaşların başına 5 milyon mükafat verir

ABŞ Dövlət Departamenti "Sinaloa" kartelinin aparıcı fiqurları olan Arzate-Qarsia qardaşlarının tutulmasına görə 5 milyon dollaradək mükafat elan edib.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, “La Rana” ləqəbli Rene Arzate Qarsia və “Aquiles” ləqəbli qardaşı Alfonso Arzate Qarsianın tutulmasına səbəb olacaq informasiyanı təqdim edən şəxsə 5 milyon dollara qədər mükafat veriləcək.

ABŞ Narkotiklərlə Mübarizə İdarəsi bildirib ki, qardaşlar son 15 il ərzində ABŞ-Meksika sərhədində yerləşən və Kaliforniyaya açılan əsas keçidlərdən biri sayılan Tijuana bölgəsinə birgə nəzarət ediblər.

Məlumata görə, davam edən daxili münaqişələrə baxmayaraq, qardaşlar mühüm qaçaqmalçılıq dəhlizinə nəzarəti saxlayaraq kartelin fəaliyyətində əsas rol oynayırlar. Bildirilir ki, onlar xüsusilə ölümcül və qanunsuz fentanil maddəsinin ABŞ ərazisinə ötürülməsində iştirak edirlər.

Qeyd olunub ki, ötən il ABŞ prezidenti Donald Trump administrasiyası "Sinaloa" kartelini həm xarici terror təşkilatı, həm də Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu (SDGT) siyahısına daxil edib.

Seçilən
25
publika.az

1Mənbələr