AZ

Konfederasiya sədri: 2025-ci ildə sanatoriyalara 43 mindən çox yollayış verilib

BAKI, 27 fevral. TELEQRAF

ABŞ, Kanada, İsrail, eləcə də MDB ölkələrinin vətəndaşları bizim sanatoriya-kurort müalicə mərkəzlərinə müraciət edirlər.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təşkil etdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, 2024-cü ildə xarici qonaqların sayı 12% artıb: “Sanator- kurort müalicə mərkəzlərimizin yaxşılaşsırılması nəticəsində xarici qonaqların da marağı artıb.

2025-ci ildə 43 mindən çox yollayış verilib: “2024-cü il ilə müqayisədə yollayışların verilməsində 15%-ə yaxın artım var. Həftəsonu və bayram günlərində müasir istirahət mərkəzlərinə turlar təşkil olunur.

Seçilən
14
teleqraf.com

1Mənbələr