Yazını böyüt
Yazını kiçilt
Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.
Hafta.az xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək.
13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
Gedişhaqqı 0,50 AZN müəyyən edilib.