AZ

Turizmin sistemli inkişafı üçün əsas prioritet istiqamətlər müəyyənləşib

Bakı, 27 fevral, AZƏRTAC

2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz artım var. Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, qeyd edib ki, bununla belə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşıb: “Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir”.

Seçilən
10
azertag.az

1Mənbələr