Tarixin vərəqlərində bu gün 27 fevraldayıq.
Hit.az bildirir ki, bu gün də tariximizin ağrılı günlərindən biridir.
Çünki tarixin gördüyü ən böyük soyqırımlardan biri olan Xocalı soyqırımı 1992-ci ildə bu gündən cəmi saatlar əvvəl yaşanmışdı. İnsanlar hələ də o dəhşətin şokunu yaşayırdılar. İtkinlərin və əsirlərin yaxınları onları axtarırdılar...
Lakin müxtəlif illərdə ölkə və dünyada 27 fevralda bir çox hadisə baş verib. Bu gün onları xatırlayacağıq...
27 fevralda nələr baş verib?
1998-ci ildə Azərbaycan və İslandiya arasında diplomatik əlaqələr qurulub. 2000-ci ildə Kanada milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. Həmin ilin bu günündə Estoniya, Danimarka, Qətər, Niderland, Nigeriya və San-Marinoda ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
27 fevralda doğulanlar:
Azərbaycanda 1901-ci ildə xalq yazıçısı Əli Vəliyev, 1927-ci ildə kimyaçı alim Kamil Sadıxov, 1930-cu ildə aktyor, pedaqoq Aqşin Rəsulov, 1974-cü ildə cüdoçu və məşqçi Mövlud Mirəliyev, 1997-ci ildə futbolçu Bəhlul Mustafazadə dünyaya gəlib.
Xaricdə isə 1902-ci ildə amerikalı yazıçı Con Steynbek, 1935-ci ildə italiyalı opera müğənnisi Mirella Freni, 1941-ci ildə Böyük Britaniya diplomatı Peddi Eşdovn, 1956-cı ildə eston müğənni Anne Veski, 1978-ci ildə Gürcüstan dövlət xadimi və futbolçusu Kaxa Kaladze, 1989-cu ildə maltalı müğənni Cessika Muskat, 1994-cu ildə çinli şahmatçı Hou Yifan doğulub.
27 fevralda vəfat edənlər:
1887-ci ildə rus bəstəkar Aleksandr Borodin, 1921-ci ildə avstraliyalı iqtisadçı Karl Menger, 1936-cı ildə rus fizioloq İvan Pavlov, 1962-ci ildə pambıqçı Bəsti Bağırova, 1993-cü ildə amerikalı aktrisa Lillian Giş, 2003-cü ildə amerikalı aparıcı Fred Rocers, 2011-ci ildə Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan və 2015-ci ildə amerikalı aktyor Leonard Nimoy vəfat edib.
Pərviz