AZ

Qazaxıstan Prezidenti: Ciddi narahatlıq yaradan proseslər gedir

BAKI, 27 fevral. TELEQRAF

“Qazaxıstan və Serbiya qlobal geosiyasi vəziyyətdən narahatdır, sülh və sabitliyə töhfə üçün səylərini birləşdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanda serbiyalı həmkarı Aleksandr Vuçiçlə danışıqlardan sonra deyib.

“Qlobal geosiyasi vəziyyətin pisləşməsi və münaqişələrin sayının artması ciddi narahatlıq doğurur. Ölkələrimiz əksər qlobal çağırışlara ortaq yanaşmalar təqdim edir. BMT Nizamnaməsi və beynəlxalq hüquqa ciddi şəkildə riayət etməyə sadiqik. Qətiyyətlə inanırıq ki, istənilən münaqişə yalnız diplomatik yolla həll olunmalıdır. Sülh və sabitliyin təmin edilməsi üçün beynəlxalq səviyyədə birgə işləməyə sadiq olduğumuzu bir daha təsdiqlədik”, - o, jurnalistlərə bildirib.

Seçilən
1
teleqraf.com

1Mənbələr