Bayıl stadionunda 3 gün davam edən tədris proqramı çərçivəsində iştirakçılara məşq prosesinin planlaşdırılması, yaş xüsusiyyətlərinə uyğun məşqlərin təşkili, texniki və praktiki hazırlığın əsasları, eləcə də futbolçularla düzgün ünsiyyət və pedaqoji yanaşma prinsipləri barədə məlumat verilib. İlham Əzizzadənin tədris etdiyi nəzəri və praktiki təlimlərin texniki təşkilində Orxan Mikayıllı, İman Zeynallı və Ziya Səfərov fəal iştirak ediblər.
Kursa təltifetmə mərasimi ilə yekun vurulub. AFFA baş katibinin müavini Elçin Məmmədov, BFF-nin prezidenti Tahir Süleymanov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov kurs iştirakçılarını əldə etdikləri D lisenziyası münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu uğurla başa vuran iştirakçılara AFFA tərəfindən D lisenziyalı məşqçi sertifikatları, kursun təşkilində və keçirilməsində əməyi olanlara isə BFF-nin xüsusi diplomları təqdim edilərək təşəkkür edilib.
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq növbəti D lisenziyalı kurslar mart ayında keçiriləcək.








