AZ

Suraxanıda qaz sayğacı mübahisəsi: Azəriqaz dan reaksiya VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində qaz sayğacının dəyişdirilməsi sakinin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Suraxanıda qaz sayğacı mübahisəsi: "Azəriqaz"dan reaksiya - VİDEO

Vətəndaş iddia edir ki, sayğacın dəyişdirilməsi prosesi ilə bağlı ona əvvəlcədən məlumat verilməyib və bu vəziyyət narahatlıq yaradıb.

"Azəriqaz" İstehsalat Birliyi Oxu.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirib.

Qeyd olunub ki, digər ünvana məxsus qaz sayğacı özünü podratçı kimi təqdim edən işbazlar tərəfindən çıxarılaraq qeyri-qanuni olaraq sözügedən ünvandakı fərdi yaşayış evində quraşdırılıb:

"Bu səbəbdən birliyin əməkdaşları tərəfindən qaz sayğacı çıxarılıb və ünvanın qaz təminatı dayandırılıb.

Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297 №-li qərarı ilə təsdiqlənmiş qaydanın tələblərinə əsasən həmin ünvandakı fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar olaraq, vətəndaş tərəfindən müvafiq mülkiyyət sənədləri (fərdi yaşayış evinin çıxarışı, texniki pasport) və şəxsiyyət vəsiqəsi ilə "ASAN Xidmət" mərkəzinə müraciət edilməlidir".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
oxu.az

1Mənbələr