AZ

Premyer Liqada rüşvət əməliyyatı: 9 hakim istintaq altında

Rusiya Daxili İşlər Nazirliyi doqquz futbol hakimi barəsində oyunların nəticələrinə qanunsuz müdaxilə və rüşvət şübhəsi ilə cinayət işi açıb.

"Cebheinfo.az" xəbər verir ki, RBC-yə danışan mənbələrin verdiyi məlumata görə, istintaq Rusiya Premyer Liqası və Birinci Liqada fəaliyyət göstərən hakimləri əhatə edir.

İttihamlar "Torpedo" klubunun keçmiş rəhbərliyi barəsində aparılan korrupsiya araşdırması zamanı üzə çıxan yeni sübutlara əsaslanır.

İstintaq çərçivəsində aralarında Premyer Liqa hakimləri Yeqor Yeqorov, İvan Sarayev və Vladislav Tselovalnikovun da olduğu doqquz nəfərə idman yarışlarının nəticələrinə təsir etməyə yönəlmiş qanunsuz fəaliyyət ittihamı irəli sürülüb.

Məhkəmə tərəfindən təqsirli bilinəcəkləri təqdirdə hakimləri yeddi ilə qədər həbs cəzası gözləyir. Hazırkı mərhələdə hakimlərin heç biri mətbuata açıqlama verməyib.

Seçilən
27
cebheinfo.az

1Mənbələr