AZ

Kəndlinin sıxışdırılması sosial partlayışa gedən yoldur » AzadMedia.az


Elnurə Abuşova yazır:
"Metroların üstündə sosiska-kolbasa satırlar, guya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi görmür? Lap qəşəh görür, əmması var.
Onların Azadlıq metrosu yanında böyük mərkəzləri var, işçilər hər gün o kalbasa-sosiaskanın yanından gedir işə.

Bir kəndçimiz 5-6 qonşusunun süd məhsullarını, həyətdə bəslədiyi ev quşlarını həftədə 1 dəfə gətirir Bakıya, 30 ildir həm özünün, həm qonşularının dolanışığını təmin edir.
Eyni yerə gətirir, yəni bu vaxta qədər zəhərlənən olsa, eyni yerdə mal satmaq olarmı?

Son vaxtlar AQTA imkan vermir. Deyir hər gətirındə aşağısı 200 xərclə, məhsullar üçün labarotiyadan kağız al. Adam hər reysdə özü 200 qazanmadığını deyib, kimdi sadə vətəndaşı eşidən?

Naxçıvanın ucqar kəndindən də məhsulları gətirib özünün kafesində həmyerlilərinə Naxçıvan mətbəxində xidmət göstərən kafeni də blomlayıb getmişdilər ki, dağ kəndinin sakinləri ətə, yumurtaya kağız alsın...

Kimə lazımdı bu anormal qərarlar? Zatən Kənd Təsərrüfatı Nazirliyinin kəndlərdən, kəndlidən xəbəri yoxdu, oturub şəhərdə bəzəkli binada...

Kəndliləri sıxın, fəaliyyətin başını buraxsınlar, kəsdirdinlər ƏƏSMN-in qapısını, desinlər ya bizə iş ver, ya işsizlikdən sığorta...
Alınmayanda da mal-heyvanı, torpağı satıb gəlib çin maşını götürüb başlasınlar taksi fəaliyyətinə. İstədiyiniz budur zatən...
Şəhər doludu veyzdən başı çıxmayan taksi sürücüsü ilə, deyirlər rayonda iş-güc yoxdu, məcburiyyətdən gəlmişik...".
Seçilən
14
1
azadmedia.az

2Mənbələr