AZ

"Kəpəz" "Sumqayıt"a 4-cü qolu vurdu - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.

Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edir. Oyun saat 14:30-da start götürüb. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ın qonağı olacaq.  Matçın start fiti saat 18:00-da veriləcək. Hazırda "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Buna görə də sözügedən oyun mərkəzi qarşılaşmalardan hesab olunur. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.

27 fevral (cümə)

14:30. “Kəpəz” – “Sumqayıt” -  4:0  (İkinci hissə)

Qollar:  Ryonosuke Ohori, 2 Luis Paçu, 19, 40-pen.

Qırmızı vərəqə: Nikola Ninkoviç, 62 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

18:00 . “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:
Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

28 fevral (şənbə)

14:30. “Şamaxı” – “Neftçi”

17:00. “Qəbələ” – “Karvan-Yevlax”

1 mart (bazar)

16:30. “Turan Tovuz” – “İmişli”

19:00. “Qarabağ” – “Sabah” 

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Seçilən
4
21
teleqraf.com

10Mənbələr