AZ

Fransa aviadaşıyıcısına dron hücumu? İsveç ordusu havada zərərsizləşdirib

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İsveç Silahlı Qüvvələri Malmö limanında lövbər salmış Fransaya məxsus atom aviadaşıyıcısı “Charles de Gaulle” yaxınlığında aşkar edilən naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. 

“AzPolitika” bildirir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

Məlumata görə, dron İsveç Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi tərəfindən aşkarlanıb. İsveçin müdafiə naziri P.Conson insidentin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə zamanı Rusiya hərbi gəmisi Eresunn boğazında – İsveçin ərazi sularında olub.

Nazir bildirib ki, pilotsuz aparatın konkret kimə məxsus olduğu məlum deyil. Lakin “mövcud məlumatlara əsasən, Rusiya hərbi gəmisi ilə həmin dron arasında sıx əlaqə ehtimalı var”.

İsveç ordusu insidentə operativ reaksiya verərək dronu radioelektron vasitələrlə sıradan çıxarıb. Hərbçilər bildiriblər ki, müdaxilədən sonra pilotsuz aparatla əlaqə tamamilə itib. Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, “Charles de Gaulle” dünyanın ABŞ-yə məxsus olmayan ən böyük atom aviadaşıyıcısı hesab olunur. Gəmi fevralın 25-də NATO təlimlərində iştirak məqsədilə Malmö limanına gəlib. Təlimlər Baltik, Şimal, Norveç və Aralıq dənizlərini əhatə edir. İ

“AzPoltika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azpolitika.info

1Mənbələr