Rusiyanın geoloji neft ehtiyatları daha 62 il ölkəyə yetəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak “Sirius”da tələbələrlə görüşdə açıqlayıb.
Həmçinin o, qeyd edib ki, bu, ölkənin altı onillikdə neftinin tükənəcəyi anlamına gəlmir.
Aleksandr Novakın hesabatına əlavə edilən təqdimatda qeyd olunub ki, ölkənin təxminən 15 milyard ton kommersiya baxımından sərfəli ehtiyata malik olduğu və mövcud qiymətlər və texnologiyalarla 32 il üçün kifayət qədər faydalı olduğu göstərilir. Bütün çıxarıla bilən ehtiyatları nəzərə alsaq, onların həcmi 31 milyard ton olaraq qiymətləndirilir ki, bu da 62 illik hasilata bərabərdir.
QAZİLER.AZ