Modern.az saytına istinadən ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın ayrılması ciddi şəkildə diqqət çəkib. Anna Akopyan artıq hökumət iqamətgahından köçdüyünü açıqlayıb. Onun sözlərinə görə, kirayə mənzildə yaşayacaq, çünki aldığı əmlak hələ ki tikilməkdədir.
Baş nazir Paşinyan isə keçmiş həyat yoldaşının qərarına hörmətlə yanaşdığını, son 30 ildə bütün çətin günlərində onun yanında olduğunu deyib.
"Bəlkə də daha çox acılıq yaratmışam və buna görə üzr istəyirəm”,- Paşinyan bildirib.
Ermənistan cəmiyyəti seçkiqabağı verilən bu qərarı birmənalı qarşılamayıb. Bunun arxasında siyasi maraqların dayandığı, Anna Akopyanın müxalifətlə birləşəcəyi və Rusiyadan yönləndirildiyi iddia edilir.
Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Anna Akopyanın qərarının arxasında siyasi məqsədlər dayanır:
“Anna Akopyanın Paşinyandan ayrılmasında sözsüz ki, Rusiya izi var. Seçki ərəfəsində birdən-birə ayrılma qərarının arxasında siyasi məqsədlər dayanır. Böyük oğulları var, 4 övladları dünyaya gəlib. Mən sadəcə xanımın qərarına təəccüblənirəm. Onun başını birinci növbədə Rusiyanın yediyini güman edirəm. Hesab edirəm ki, müxalifətin içərisindən olan müəyyən qüvvələr də rol oynayıb. Hər halda bu, siyasi etika ilə, Ermənistan cəmiyyətinin əxlaqi normalarına o qədər də uyğun gəlməyən bir haldır”.

Politoloq vurğulayıb ki, Anna Akopyan Nikol Paşinyanın eloktarat bazasından heç nə qopara bilməyəcək:
“Anna Akopyan iş adamı Samvel Karepetyanı seçkilərdə dəstəkləyə bilər. Amma inanmıram ki, Anna Akopyan kimi dəsəkləsə, ona xal gətirəcək. Paşinyanın hörməti yüksəkdir. ABŞ də onu müdafiə edib dəstəkləyəcək. Ermənistanda sağlam düşüncəli insanlar kifayət qədərdir. Onlar başa düşəcəklər ki, burada düşmənlərin, xarici agenturanın əli var. Beləliklə də, xanıma xüsusi rəğbət bəsləməyəcəklər. Ona ancaq müxalifət hüsnü-rəğbət bəsləyə bilər. Anna Akopyan Paşinyanın eloktarat bazasından heç nə qopara bilməyəcək”. Xatırladaq ki. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.