AZ

Masazıra gedib-gələnlərə xoş xəbər

Martın 1-dən etibarən Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu “Karsan” markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.

Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.

Seçilən
33
konkret.az

1Mənbələr