AZ

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətininsədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluqproqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və RüfətMəmmədxanlı ilə proqramın nəticələrinə həsr olunmuş yekun görüşkeçirib.

Bir ili əhatə edən Mentorluq proqramının yekunlarına dairkeçirilən görüşdə Zakir İbrahimov qaliblərin ötən müddət ərzindənümayiş etdirdikləri aktivliyi və fərdi inkişaf planı üzrə əldəetdikləri nailiyyətləri yüksək qiymətləndirib. Sədr vurğulayıb ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinSərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə müasiridarəçilik prinsiplərinə yiyələnmiş yeni nəsil rəhbər kadrlarınyetişməsində müstəsna rol oynayır.

Görüş zamanı proqram müddətində müzakirə olunan dövlət idarəetməmetodları, strateji qərarların qəbulu, korporativ idarəçilik vəsəmərəli kommunikasiya mövzularının qaliblərin gələcəkfəaliyyətlərində tətbiqi məsələləri ətrafında fikir mübadiləsiaparılıb. Zakir İbrahimov mentorluq müddətinin başa çatmasımünasibətilə qalibləri təbrik edərək, onlara peşəkarfəaliyyətlərində və dövlətçiliyimizin inkişafı naminə gələcəkaddımlarında uğurlar arzulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və RüfətMəmmədxanlı bir il ərzində göstərilən diqqətə, şəxsi və peşəkarinkişafları üçün yaradılan şəraitə, həmçinin zəngin idarəçiliktəcrübəsini onlarla bölüşdüyünə görə mentor Zakir İbrahimova dərinminnətdarlıqlarını bildiriblər. Qaliblər bu müddət ərzində əldəetdikləri bilik və bacarıqların onların liderlik keyfiyyətlərininformalaşmasında həlledici rol oynadığını qeyd ediblər.

Görüşün yekununda Zakir İbrahimov Mentorluq proqramını uğurlabaşa vuran hər iki müsabiqə qalibinə Xasiyyatnamə təqdim edib.

Seçilən
24
7
az.trend.az

8Mənbələr