AZ

Vüsal Nəsirli Xırdalan şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də işlə təminat məsələləri ilə bağlı olub.

Görüş çərçivəsində vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

Seçilən
9
5
far.az

6Mənbələr