Misli Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz"ə 0:3 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Saşa İliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis belə danışıb:
"Bura gələndən komandanın ifasında ən pis birinci hissə gördüm. İnana bilmirəm ki, belə asan qollar buraxdıq. İkinci hissəyə bir qədər yaxşı başladıq. Amma Ninkoviçin ikinci sarı vərəqəni alaraq meydandan qovulması vəziyyəti çətinləşdirdi.
Daha yaxşı oynamağa çalışacağıq. Aleksandr Ramalinqomum cəzası bir oyundan sonra başa çatacaq.
Aleksa Yankoviç niyə yox idi? O, xəstələndiyi üçün oynamadı".
Toğrul