AZ

AHİK sədri: “ABŞ, Kanada və İsraildən bizim sanator-kurort mərkəzlərinə gələnlər var”

“Özəl sektora dəstək məqsədi ilə 70-dən çox, xüsusilə, regionlarımızda fəaliyyət göstərən özəl otel və istirahət mərkəzləri ilə müqavilələr imzalanıb. 24,1 min yollayış məhz regionlardakı özəl otellərdə istirahət üçün üzvlərimizə verilib. Bununla da 48 mindən çox vətəndaş bu yollayışlardan istifadə edərək regionlardakı özəl otel və istirahət mərkəzlərində istirahət ediblər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O, Azərbaycandakı kurort mərkəzlərinə müraciət edənlərin sayının artdığını bildirib:
 

“Ötən dövr ərzində ABŞ, Kanada, İsrail və MDB ölkələrindən olan şəxslər bizim sanator-kurort müalicələrinə müraciət edərək xidmətlərimizdən istifadə edib. Xüsusilə, sovetlər dönəmində bu mərkəzlərdən istifadə etmiş və sadalanan ölkələrə miqrasiya etmiş insanların daha çox marağındadır.


Onlar bu məqsədlə nostalgiya hissini yaşamaq üçün bizim sanator-kurort müalicələrinə üz tuturlar. 2024-cü illə müqayisədə xarici qonaqların sanatoriyalarda sayı 12 faiz artıb”.

Günay Şahmar, Bizim.Media

Seçilən
16
1
bizim.media

10Mənbələr