AZ

Hazırda onlarla ölkə ilə viza rejiminin sadələşdirilməsi istimqamətində danışıqlar aparılır – XİN rəsmisi

Bakı. Trend:

Dövlət Turizm Agentliyi tərəfindən irəli sürülmüş təklifəsasında birtərəfli vizasız rejimin tətbiqi ilə bağlı layihə icraolunur və 15 fevral tarixindən etibarən 4 ölkə üzrə müvəqqətibirtərəfli vizasız rejim qüvvəyə minib. Bu ölkələr əsasən ərəbdövlətləridir.

Trend xəbərverir ki, bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisiEmil Səfərov Milli Məclisin Əmək və sosial siyasət komitəsində“Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri”mövzusunda keçirilən ictimai dinləmədə deyib.

İdarə rəisi bildirib ki, layihənin davam etdirilməsi nəzərdətutulur və yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavəolunması istiqamətində iş aparılır:

“Əsas məqsəd Azərbaycanın dost və strateji tərəfdaş ölkələrləmünasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək,miqrasiya riski olmayan turist axınını artırmaq, eyni zamandaqarşılıqlı maraqları təmin etməkdir”.

E.Səfərov xatırladıb ki, son dövrlərdə bir sıra ölkələrlə vizarejimi sadələşdirilib:

“Bu kontekstdə xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, ÇinXalq Respublikası, Serbiya və Mərakeşlə tətbiq olunan mexanizmləriqeyd etmək olar. Hazırda onlarla ölkə ilə danışıqlar davametdirilir. Bu proses yalnız dost və tərəfdaş dövlətlərlə aparılırvə burada həm daxili, həm də xarici siyasət maraqları, millitəhlükəsizlik və miqrasiya məsələləri nəzərə alınır".

O qeyd edib ki, pandemiya dövründə tətbiq edilmişsadələşdirilmiş mexanizm çərçivəsində yalnız konkret beynəlxalqtədbir üzrə 36 mindən çox şəxs ölkəyə səfər edib.

Məqalədə:
Seçilən
12
7
az.trend.az

10Mənbələr