AZ

Bu marşrut xəttində avtobuslar yenilənir

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.

"Cebheinfo.az" AYNA-ya istinadən xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək.

13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

"Cebheinfo.az"

Seçilən
7
10
cebheinfo.az

10Mənbələr