AZ

Fondun əməkdaşı: Xocalı Soyqırımı Memorialı milli yaddaşın qorunmasına xidmət edir

BAKI, 27 fevral. TELEQRAF

"Xocalı Soyqırımı Memorialı həm memarlıq, həm də idea baxımından milli yaddaşın qorunmasına xidmət edir".

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Heydər Əliyev Fondunun əməkdaşı Sona Qəti deyib.

O qeyd edib ki, Xocalı Soyqırımı Memorialı 4 bölmədən ibarətdir:

“İlk iki bölmədə ekspozisiya zalları yerləşir. Ziyarəçiləri girişdə “Faciənin Siması” adlı installasiya qarşılıyor. İnstallasiyanın müəllifləri Rəşad Ələkbarov və Azər Rüstəmovdur. Birinci ekspozisiya zalanda Xocalın tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Xocalı soyqırımı ilə bağlı foto və videomateriallar əks olunub. Bundan başqa, burada Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi və bu qiymətin verilməsində Ümumililider Heydər Əliyevin mühüm rolu vırğulanır. Birinci ekspozisiya zalında gənc rəssam Sərxan Hacıyevin hazırladığı “Bir gecənin içində səssiz qalan evlər” adlı video installasiya nümayişə olunur”.

S.Qəti əlavə edib ki, ikinci ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı Soyqırımı haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbəlik etdiyi layihələr və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” beynəlxanq kampaniyası haqqında geniş məlumatlar təqdim olunur.

“İkinci ekspozisiya zalında xarici ölkələrdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinin əbədləşdirilməsi məqsədi ilə ucadılan heykələrin 3D maketləri təqdim olunur. İkinci zalda eləcə də 44 günlük Vətən Müharibəsi, suverənliyin bərpası, Böyük Qayıdış və Xocalıda dirçəliş istiqamətində görülən işlərlə bağlı geniş məlumat verilib. Ekspozisiya zallarından əlavə, memorialda rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün akt zalı da mövcuddur”.

Seçilən
2
teleqraf.com

1Mənbələr