AZ

XTQ şəhidinin qardaşı oğlu dünyaya gəldi - FOTOLAR

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Aslan İsmayılovun ailəsində sevindirici hadisə yaşanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, şəhidin qardaşı Emin İsmayılovun oğlu dünyaya gəlib. Ailə üzvləri körpəyə qəhrəman zabitin xatirəsini yaşatmaq üçün Aslan adı veriblər.

Qeyd edək ki, Aslan Əvəz oğlu İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edi. O, işğaldan azad olunan Cəbrayıl rayonuna Azərbaycan bayrağını ucaldan döyüşçülərdən biri olub. Aslan İsmayılov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Aslan İsmayılov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə" medalları və 3-cü dərəcəli “ Rəşadət ordeni” ilə təltif edilib.

Gülayə Mecid 

Aslan Əvəz oğlu İsmayılovun şəhadətinin ildönümü münasibətilə məzarı  ziyarət olunmuşdur. | Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti

 

Seçilən
5
unikal.az

1Mənbələr