AZ

"Azərbaycan buna hazır olduğunu bildirib" - Qazaxıstanlı nazir

Azərbaycan Qazaxıstandan neft idxalını hazırkı ildə 1,2 milyon tondan 2,2 milyon tona qədər artırmağa hazırdır.

"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov nazirliyin kollegiya iclasında bildirib.

"Əlavə marşrutların inkişafı çərçivəsində hər il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,2 milyon ton Qazaxıstan neftinin nəqli davam edir. Eyni zamanda, Azərbaycan tərəfi Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tona çatdırmağa hazır olduğunu bildirib", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu 

Seçilən
1
1
unikal.az

2Mənbələr