AZ

Zaqatalada hotelin fəaliyyəti qismən məhdudlaşdırıldı

Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelinin fəaliyyəti qismən məhdudlaşdırılıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Həmin mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Seçilən
1
2
unikal.az

4Mənbələr