AZ

ŞAD XƏBƏR: Gələn il minimum əməkhaqqı artırıla və bu qədər ola bilər

Minimum əməkhaqqının artırılması yenidən müzakirə mövzusuna çevrilib. Artan qiymətlər və inflyasiya fonunda hazırda 400 manat olan minimum əməkhaqqı əhalinin gündəlik tələbatlarını qarşılamaq üçün yetərlidirmi? Yaxın dövrdə bu məbləğin artırılması mümkündürmü və artım olarsa, hansı səviyyəyə çatdırıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Vüqar Oruc bildirib ki, hazırda ölkə üzrə minimum əməkhaqqı 400 manat təşkil edir və bu məbləğ hər il artırılmır.

Vüqar

“Adətən minimum əməkhaqqına dəyişikliklər 3–4 ildən bir inflyasiya səviyyəsi və iqtisadi göstəricilər nəzərə alınmaqla həyata keçirilir.
Son 10 ildə minimum əməkhaqqı təxminən 2,5 dəfə artıb. Son razılaşmalara əsasən isə ölkədə inflyasiyanın tempi, ümumi iqtisadi vəziyyət və iqtisadi artım amilləri nəzərə alınaraq bu məbləğə hər il yenidən baxılması nəzərdə tutulur”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, hazırkı minimum əməkhaqqı istehlak səbəti və qiymət artımları fonunda aşağı səviyyədə qalır.

“Əvvəlki illərdə artımlar əsasən 10–15 faiz civarında olub, lakin mövcud fərqlərin aradan qaldırılması üçün bu dəfə daha ciddi addıma ehtiyac var. Minimum əməkhaqqının təxminən 50 faiz artırılaraq 600 manata çatdırılması məqsədəuyğundur. Bəzi özəl müəssisələrdə əməkhaqqının bir hissəsinin rəsmi, digər hissəsinin isə qeyri-rəsmi ödənilməsi halları müşahidə olunur və minimum əməkhaqqının yüksəldilməsi bu kimi halların azalmasına, həmçinin vergi daxilolmalarının artmasına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, minimum əməkhaqqı səviyyəsi ölkənin iqtisadi gücünə uyğun formalaşdırılmalı və qonşu dövlətlərlə müqayisədə balans qorunmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr