AZ

Anna Akopyan hökumət evini tərk edib ayrıldığını açıqladı - Paşinyandan reaksiya

Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyandan ayrıldığını və hökumətə məxsus bağ evini tərk etdiyini açıqlayıb.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, vətəndaş nikahının pozulması ilə bağlı qeydiyyat məsələsi hüquqi prosedurdan daha çox, onların birgə həyatının başa çatması anlamına gəlir.

Akopyanın sözlərinə görə, əldə etdiyi əmlak hələ tikilmə mərhələsində olduğundan, bundan sonra kirayə mənzildə yaşayacaq. O, bank hesabında 5 milyon dram vəsaitin qaldığını və "Mənim Addımım" Fondu ilə fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib. 

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın ondan ayrılmaq qərarına münasibət bildirib.

Paşinyan açıqlamasında həyat yoldaşının qərarına hörmətlə yanaşdığını deyib:

“Annanın qərarına hörmətlə yanaşıram. O, son 30 ildə bütün çətin anlarımda yanımda olub, dayağım və güc mənbəyim olub. Mənim onun üçün eyni olub-olmadığımdan əmin deyiləm. Bəlkə də ona daha çox kədər yaşatmışam və bunun üçün üzr istəyirəm”.

 

Seçilən
10
olke.az

1Mənbələr