AZ

“Nyukasl”la oyunda zədələnən Kamilo Duranın son durumu açıqlandı

“Qarabağ” klubunun zədələnən futbolçusu Kamilo Duran komanda ilə məşqlərə başlayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat yayıb.

“Klubun tibbi heyəti UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən Kamilo Duranın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq”, - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.

İdman.Biz
Seçilən
21
1
idman.biz

2Mənbələr