AZ

Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub » AzadMedia.az


27 fevral 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açaraq mülki müdafiənin əhəmiyyətindən, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzə ilə çıxış edərək mülki müdafiə sahəsində həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və bu sahədə maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.

Masallı rayon Dövlət Yanğından Mühafızə Xidməti şöbəsinin rəisi Qabil Nemətov mülki müdafiə sisteminin təşkili, fövqəladə hallara hazırlıq və əhalinin davranış qaydaları barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Mənzil İstismar Sahəsinin rəisi Fərahim Zalıyev, Masallı rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Qoşqar Hətəmov və digər çıxış edənlər mülki müdafiənin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Seçilən
11
1
azadmedia.az

2Mənbələr